Gündəm

İqtisadi və milli təhlükəsizliyimizin sadiq keşikçiləri — DGK-nın yaradılmasından 30 il keçir

İqtisadi və milli təhlükəsizliyimizin sadiq keşikçiləri — DGK-nın yaradılmasından 30 il keçir

Bu gün Gömrük orqanlarının yaradılmasının 30 illik yubileyi və peşə bayramıdır.

Gömrük orqanlarının yaradılmasının 30 illik yubileyi və peşə bayramı münasibətilə başda DGK sədri cənab Səfər Mehdiyev olmaqla bütün gömrük əməkdaşlarını təbrik edirik. Ölkəmizin tərəqqisi naminə əvəzsiz fəaliyyətlərində uğurlar arzu edirik.

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Qürur duyuruq ki, ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük sisteminin yaradılması işi dövlətimiz tərəfindən daim dəstəklənir və bu sahədə əldə olunan uğurlar layiqincə dəyərləndirilir. Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi eyni zamanda hüquq mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyin edilən Səfər Mehdiyevin və komitənin əzmkar kollektivinin həyata keçirdikləri mütərəqqi islahatlarda, gömrük işinin inkişafında, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsində mühüm rolunu da xüsusi olaraq qeyd etmək lazımdır.

Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Azərbaycan gömrüyü ötən dövr ərzində fəaliyyətinin bütün istiqamətlərində ciddi nailiyyətlər qazanıb, məqsədyönlü fəaliyyətilə dünya gömrük ailəsinə inteqrasiya olunub və Ümumdünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri kimi özünü təsdiq edə bilib. Həmçinin Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri də xeyli yüksəlib.

D
demokrat.az