Qarabağ

YAP-ın azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlandı

YAP-ın azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlandı

Yeni Azərbaycan Partiyasının (YAP) işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu, partiyanın proqramında əksini tapıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

- Layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması;

- Bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi;

- Bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi;

- Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması;

- Regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi;

- “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi.

Demokrat.az

D
demokrat.az