Hadisə

Azərbaycanda koronavirusa yoluxmada artım var

Azərbaycanda koronavirusa yoluxmada artım var

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 625 726 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 514 nəfər müalicə olunaraq sağalıb, 8 521 nəfər vəfat edib, aktiv xəstə sayı 8 691 nəfərdir.

Ölkədə son sutka ərzində 9 340, hazırkı dövrədək isə 6 006 500 test aparılıb.

D
demokrat.az