PA rəsmisi QHT-lərin korrupsiyaya qarşı mübarizədəki rolundan danışdı

DAXİLİ SİYASƏT 15 yan 2022, 11:32
“Son 10 ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə QHT-lər kifayət qədər fəallıq nümayiş etdiriblər”.

Demokrat.az xəbər verir ki, bunu Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışlarında hər zaman ictimai nəzarətin gücləndirilməsinə toxunur: “Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı fikirləri vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyub. Ona görə də biz hazırda ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik. Hesab edirəm ki, bizdən gözlənti də budur”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top