Gülər Əhmədova: “Ata-anası boşanmış qızların çoxu kişilərdən qaçır, qızlara meyl edirlər”

SOSİAL 14 yan 2022, 22:10

““Google”də çox zaman həqiqətə uyğun olmayan informasiyalar yer alır.

Ona görə də bu gün insanlarla bağlı hər şeyi çox diqqətlə nəzərdən keçirtmək lazımdır. Bəzən demokratiya, “şiddətə son” adı altında cəmiyyət çox şeyləri gizlədir”.

Bunu Cebhe.info-ya sabiq deputat Gülər Əhmədova bildirib.

O deyib ki, qlobalist təşkilatlar dünyanı dəyişdirməyə çalışır: “Dünyanın tanınmış elm adamlarının yayılan və qarşısı alınan fikirləri onu deməyə əsas verir ki, insanlar elmli və elmsiz kimi təbəqələrə bölünmür, dinə görə də həmçinin. Əvvəlki sinfi ayrımlar yoxdur. Bu gün idarə etmək üçün kifayət qədər instrumentlər yaranıb. Aeroporta gedəndə əvvələr şəxsiyyət vəsiqəsində iki cins- qadın və kişi olduğu yazılırdısa, indi sözügedən sənəddə 16 cins qeyd edilir. Təbiətdə 16 cins yoxdur, amma bu gün sənədlər var ki, Avropada 16 cinsin olduğunu təsdiqləyir. Ailənin anası, atası, yolgöstərəni və s. olur. Bu, qlobal güclərə sərf etmir. Ona görə də onlar ailə institunu sürətlə dağıdırlar. Ailə institutu dağılandan, insanlar ana- atasını tanımayandan, onların verdiyi təlim- tərbiyədən uzaqlaşandan sonra LGBT kimi təşkilatlarda birləşəcəklər. Sonda həmin qrup insanlar kütlə halına salınacaq ki, onları idarə etmək çox asan olacaq. Bu, qlobalistlərin oyunlarından biridir”.

G.Əhmədovanın fikrincə, qadın qətllərinin əsas səbəbi ailə institunun dağılmasıdır:

“Görkəmli sosioloq və psixoloqlar qeyd edir ki, ailə institutu dağılarsa, hər şey dağılacaq. Mənim məlumatıma görə, qurulan ailələrin 40 faizi dağılır”.

Gülər Əhmədovanın sözlərinə görə, inkişaf edən Avropada qızlara xüsusi dərslər keçilir: “Artıq Avropa da çox gözəl başa düşür ki, ailə institunu dağıdıb. Buna görə 2025- ci ildə hər bir ölkədən miqrant dəvət ediləcək. Almaniya, Norveç kimi ölkələrə həkimlər, Hindistandan proqramçılar dəvət edilir. Avropanın timsalında tələləri görməli və oyuna düşməməliyik. 50 ildən sonra bəlkə də bu vəziyyətə düşəcəyik. Sosial yetimlər yaranacaq. Bu, ailə başçılarının olması, amma yox kimi olması deməkdir. Valideynləri boşanmış bir çox qızın ailədəki ana- ataların bir- birinə xəyanəti, şiddəti səbəbindən kişilərə olan inamı ölür və onlar ailə qurmaq belə istəmirlər. Belə hadisələr kifayət qədər çoxdur. Həmin qızlar ümumiyyətlə ailə qurmaqdan, kişilərdən qaçırlar, öz həmcinslərinə meyil edirlər. Ailə instutunun pozulması özündən sonra çox böyük problemlər yaradır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top