ÜST koronavirusun müalicəsi üçün bu dərmanları da təsdiqlədi

DÜNYA 14 yan 2022, 21:55

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-un müalicəsi üçün tövsiyə olunan dərmanlar siyahısına 2 yeni preparat əlavə edib.

Xəstəliyi ağır keçirənləri “Barisitinib”lə müalicə etmək tövsiyə olunur. Bu preparat əsasən revmatoid artritin müalicəsində istifadə olunur. Sınaqlar göstərir ki, adıçəkilən dərmanın COVİD xəstələrində istifadəsi ölüm riskini və süni tənəffüs aparatına ehtiyacı azaldır.Xəstəliyi orta ağır keçirən, lakin xəstəxanaya yerləşdirilmə riski yüksək olan şəxslər üçün isə “Sotrovimab” preparatı məsləhət görülür. Söhbət əsasən yaşlı insanlardan və immun çatışmazlığı olan və ya xroniki xəstəliklərdən əziyyət çəkənlərdən gedir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top