Körpənin döyülməsi ilə bağlı araşdırmalara başlandı — RƏSMİ

GÜNDƏM 13 yan 2022, 23:13

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.

Görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur.

Görüntülər insanların narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top