“Neftçi” braziliyalı hücumçunu heyətinə qatdı

İDMAN 12 yan 2022, 11:19
Braziliyanın "İnternasional" klubundan ayrılan futbolçu Gilyerme Pato karyerasını Azərbaycanda davam etdirəcək.

"Report" Porto Aleqre təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu "Neftçi" ilə anlaşıb.

Braziliyalı forvardın müqaviləsinin detalları barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, "İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top