Smartfonlar və elektromobillər havadan enerji yığacaq

İKT 04 yan 2022, 11:06
2035-ci ilə qədər smartfonlar və elektromobillərin havadan enerji yığacağı proqnozlaşdırılır.

Mütəxəssislərinin fikrincə, bir neçə ildən sonra 6G şəbəkələri sayəsində müxtəlif cihazları enerji ilə daha asan doldurmaq mümkün olacaq.

Enerjinin 6G qüllələri vasitəsilə ötürülməsi qəbuledici ilə anten arasında müəyyən tezlikli radiodalğalar sayəsində baş verəcək. Bu halda şüa müxtəlif maneələri dəf edə biləcək.

Ekspertlərin rəyinə görə, bu üsulla elektrik enerjisi uzun məsafələrə ötürüləcək.

Proqnozlara əsasən, gələcəkdə elektrik avtomobillərini idarə edərkən və ya smartfonu istifadə zamanı enerji ilə doldurmaq üçün bu və ya digər qüllələrə qoşulmaq lazım gələcək.

Mütəxəssislər əmindirlər ki, enerjinin simsiz ötürülməsi istehsal prosesini ekoloji cəhətdən daha təmiz edəcək, həmçinin elektrik enerjisinin maya dəyərini aşağı salacaq.(oxu.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 yan 2022, 14:34
Top