MTRŞ bu kanallara qarşı sanksiyalara başladı

MEDİA 27 dek 2021, 21:54

Milli Televiziya və Radio Şurası (MTRŞ) cari ilin noyabr ayından piratçılığa görə telekanallara sanksiya tətbiqinə başlayıb.

Bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.

Bildirilib ki, piratçılıqla mübarizə sahəsində il ərzində yayımçılar ilə intensiv kommunikasiya qurulub və Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq həyata keçirilib.

İl ərzində ümumölkə televiziya kanallarında yayımlanan xarici serialların tam olaraq lisenziyalı yayımına nail olunub.

Yayım operatorlarının (kabel və İPTV) paketlərində retranslyasiya olunan xarici kanalların pirat yayımı ilə mübarizə çərçivəsinə operatorların rəhbərləri və səalhiyyətli nümayəndələri ilə çoxsaylı görüşlər təşkil olunub, tədbirlərdə müəllif hüquqları sahəsində mövcud vəziyyət təhlil olunub, zəruri tövsiyələr verilib və xəbərdarlıqlar edilib.

Hazırda operatorların baza paketlərində retranslyasiya olunan 90 xarici kanalın hamısının lisenziyalı olaraq yayımlanmasına nail olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top