Vilayət Eyvazov tanınmış karateçini yeni vəzifəyə təyin etdi

GÜNDƏM 27 dek 2021, 13:16
Azərbaycanın tanınmış karateçisi Firdovsi Fərzəliyev Abşeron Rayon Poilis İdarəsində (RPİ) yeni vəzifəyə təyin edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, o, Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, F.Fərzəliyev Bakı-2015 I Avropa Oyunlarında qızıl, Minsk-2019 II Avropa Oyunlarında gümüş medal qazanıb. O, 2016-cı il dünya çempionatında, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə etsə də, 2017-ci il Dünya Oyunlarının qalibi olub.

28 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına karate növündə qazanılmış 3 lisenziyadan birinin müəllifi kimi qatılmasına baxmayaraq, medalçılar sırasına düşə bilməyib.

Firdovsi Fərzəliyev

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 yan 2022, 14:34
Top