Mahir Xəttabın xəstə olması barədə arayış hakimə təqdim edildi — Məhkəmə

HADİSƏ 24 dek 2021, 17:00
Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Demokrat.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Kənan Kərimov ifadə verib. 

O bildirib ki, Mahir Ələkbərov ondan Ramiz Güöyüşovun mobil telefon nömrəsini alıb. Şahid deyib ki, başqa heç nədən məlumatı olmayıb. 

Vəkil Araz Nurməmmədov müdafiə etdiyi Mahir Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində başqa yerə getməmək barədə qərimkan tədbirinin seçilməsi barədə vəsatət verib. 

Hakim vəsatəti təmin etməyib. 

Daha sonra vəkil Mahir Ələkbərovun özünü xəstə olması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsindən alınmış sənədi, həmçinin onun atası Məmmədhəsən Səməd oğlu Əkbərovun Əfqanistan müharibəsinin və 1-ci Qarabağ müharibəsinin iştirakçısı olması barədə sənədləri məhkəməyə təqdim edib. 

Hakim verilən sənədləri cinayət işinə əlavə edib. 

Bundan sonra hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin münasibətini öyrənib. 

Vəkil Araz Nurməmmədov istintaqın tamamlanmasına etiraz edib. Bildirib ki, işdə olan diskələrə baxılması və tədqiq edilməsi vacibdir. 

Hakim həmin disklərə növbəti iclasda baxılması barədə qərar qəbul edib. 

Növbəti iclas yanvarın 7-də davam edəcək.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top