Silahla fotosu yayılan nazirlik əməkdaşı işdən çıxarıldı — Rəsmi

SOSİAL 21 dek 2021, 20:13
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomat silahla fotosu yayılan vəzifəli şəxsləri ilə bağlı qərar verilib.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub. Müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Nazirlik rəsmisi əlavə edib ki, hər iki şəxs  İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə cərimə ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top