Azərbaycanda olan uşaq bağçalarının sayı açıqlandı

SOSİAL 21 dek 2021, 10:40
"Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb".

Demokrat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, əgər valideyn işə gedəndə uşağını qoyacağı yer kimi baxarsa burada təhsil məsələsindən danışmaq olmaz: "Ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692 dövlətdir. Orada 126 mindən çox uşaq tərbiyə alır. 133 özəl bağça var ki, orada 5124 uşaq var. İlin əvvəli üçün 17 218 nəfər işçi olub".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top