Üç min manat verdim, sonradan bildim ki... — Sabiq baş həkim

KRİMİNAL 20 dek 2021, 18:16

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının həbsdə olan sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Günel Abbasova bildirib ki, Taleh İmanlı vasitəsilə 2 xəstənin Zığ hospitalında yerləşdirilməsində vasitəçilik edib.

"Mən "Medikal" klinikasında həkim işləyirdim. Talehə zəng vurub dedim ki, 2 nəfər xəstə var, onu yerləşdirmək lazımdır. Dedi ki, problem deyil. Əvvəlcə Azər Həsənov adlı xəstəni gecə ora yerləşdirdik. Taleh məndən 3500 manat istədi. Pul çox olduğuna görə vaxt istədim. 500 verdim. Sonra dedi ki, pulu tezləşdir, çünki məni də burada incidirlər, pul baş həkimə çatmalıdır. İkinci pasiyent Rasim İsmayılovu yerləşdirmək istəyəndə dedi ki, 1-cinin pulunu mütləq gətir, yoxsa alınmayacaq. Bir gün qabaq 3 min manat verdim. Açığı, sonradan xəbər tutdum ki, Azər Həsənov dünyasını dəyişib. İkinci pasiyentə görə Talehlə danışdım. Bu adam tanışımın tanışı olduğuna görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng edib onları məlumatlandırdım. 3 min manatı vermək istəyəndə idarə əməkdaşları əməliyyat keçirdi," - deyə şahid bildirib.

Proses yanvarın 17-nə təyin edilib./trend

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top