Londonda "omikron" ştammı ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

DÜNYA 18 dek 2021, 20:20
London meri Sadiq Xan şənbə günü koronavirusun "omikron" ştammı ilə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Bildirilir ki, bu tendensiya şəhər xəstəxanalarının yaxın gələcəkdə xəstələrlə dolmasına səbəb ola bilər.

Trend xəbər verir ki, şəhər meri ekspertlərlə məsləhətləşdikdən sonra fövqəladə vəziyyət elan etmək qərarına gəlib. O qeyd edib ki, son günlər Londonda koronavirusa yoluxmuşlar arasında xəstəxanaya yerləşdirilənlərin sayında artım var.

Rəsmi məlumatlara görə, ötən həftə Britaniya paytaxtında xəstəxanalara müraciətlər əvvəlki yeddi günlük müddətə nisbətən 28% artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top