Biznesmenlərin Qarabağda hansı fəaliyyətlə məşğul olmaq istədikləri açıqlandı

BİZNES 16 dek 2021, 18:15
Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı 900-dən çox müraciət qeydə alınıb və onların arasında həm yerli, həm də xarici biznes subyektlərindən daxil olan müraciətlər var.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. 

Bildirilib ki, müraciətlərin 27 faizi tikinti, 27 faizi ticarət və xidmət, 20 faizi sənaye, 18 faizi kənd təsərrüfatı, 8 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.

Müraciət edənlərin 50 faizdən çoxu Qarabağda iş və xidmətlərin həyata keçirilməsinə maraq göstərir. Müraciətlərin bir hissəsi isə sırf investisiya yönümlü layihələri əhatə edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top