Politoloq: “Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil”

GÜNDƏM 15 dek 2021, 13:07
“Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyi hərkəsə bəllidir. Son hadisələr və Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları da bunu sübut edir. Lakin bu da bir reallıqdır ki, Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil. Bu mənada deyə bilərəm ki, Prezidentin Zəngəzur dəhlizinin açılması istiqamətində Laçın dəhlizi üzərindən Emənistana təzyiq etməsi məntiqli və düzgün addımdır”.

Bunun Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq qeyd edib ki, prinsip etibarilə Laçında ermənilər üçün dəhlizin yaradılıb, Zəngəzurda Azərbaycana sadəcə bəsit bir yolun verilməsi heç də ədalətli və konstruktiv addım deyil: 

“Ermənistan tərəfi hər vəchlə 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsinin olmadığını qeyd etsə də faktiki olaraq müqavilədə maneəsiz hərəkət sözü var. Bu isə özlüyündə dəhliz ifadəsindən çox daha ciddi bir faktdır. Lakin rəsmi İrəvan bununla da razılaşmaq istəmir. Bu mənada Prezidentin Aİ Şurası Prezidenti Şarl Mişellə görüşdən öncə NATO Baş katibi ilə mətbuat konfransında ən sərt şəkildə Zəngəzur məsələsini qaldırması və ilk dəfə olaraq Laçın dəhlizi ilə müqayisə etməsi rəsmi Bakının bu məsələdə nə dərəcədə qərarlı olduğunu göstərir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top