QMİ: “Gələn il Azərbaycandan Həcc ziyarətinin baş tutacağı gözlənilir”

GÜNDƏM 14 dek 2021, 17:23
“Gələn il Azərbaycandan Həcc ziyarəti səfərlərinin baş tutacağı gözlənilir”.

Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

O bildirib ki, hələlik Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən QMİ-yə Həcc ziyarəti barədə məktub daxil olmayıb: “Lakin gələn ilin yanvar ayından sənəd qəbuluna başlanıla bilər”.

Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Qeyd edək ki, son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top