Konfrans Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşir

İDMAN 13 dek 2021, 08:56
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Demokrat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Tədbirdə "Qarabağ"ın da pley-offdakı rəqibi bəlli olacaq.

Püşkatmada iştirak edəcək 16 komanda iki qrupa bölünüb. H qrupunu 2-ci pillədə tamamlayan Ağdam klubu səpələnmişlər səbətində yer alıb. Qurban Qurbanovun baç məşqçi olduğu komandası Avropa Liqasının qrup üçüncülərindən biri ilə qarşılaşacaq. "Köhlən atlar" ilk oyununu səfərdə keçirəcək. Püşk zamanı eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

Pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər


"Budyo Qlimt" (Norveç)

"Qarabağ" (AZƏRBAYCAN)

"Makkabi" (Təl-Əviv, İsrail)

PAOK (Yunanıstan)

"Partizan" (Serbiya)

"Randers" (Danimarka)

"Slaviya" (Praqa, Çexiya)

"Vitess" (Niderland) və ya "Tottenhem" (İngiltərə) (Daha sonra qərar veriləcək)

Səpələnməmişlər

"Lester" (İngiltərə)

"Midtüllan" (Danimarka)

"Marsel" (Fransa)

PSV (Niderland)

"Rapid" (Vyana, Avstriya)

"Seltik" (Şotlandiya)

"Sparta" (Praqa, Çexiya)

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top