Ölkədə peyvənd olunanların son statistikası

SOSİAL 12 dek 2021, 16:55
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 600 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2747, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3548 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 18305 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 894 072, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 120 573, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 617 224 nəfər təşkil edir.

Ümumilikdə isə 1 156 275 buster doza vurulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top