Ülvi Quliyev uğur qazanan karateçiləri dəyərləndirdi — FOTOLAR

İDMAN 10 dek 2021, 16:38
Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının (AKFA) prezidenti Ülvi Quliyev karate üzrə Dünya Çempionatında yüksək nəticə qazanmış idmançılar və onların şəxsi məşqşiləri ilə görüş keçirib. 

Demokrat.az
-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının İdarə Heyətinin üzvü Arif Məmmədov açıb. Onun çıxışından sonra söz AKFA prezidenti Ülvi Quliyevə verilib. 

Assosiasiya rəhbəri görüş zamanı karatenin bugünkü durumundan, görülən işlərdən danışıb. Ü.Quliyev çıxışında dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan, bunun nəticəsi kimi gənclərin idmana olan marağından bəhs edib. Millət vəkilinin sözlərinə görə, gənc nəslin idmana maraq göstərməsi olduqca vacibdir. Çünki zərərli vərdişlərdən uzaq durmaq və sağlam mühitdə yetişmək, cəmiyyətin həyatında faydalı rol oynamaq əhəmiyyət kəsb edir.

Birgə görüşdən sonra Ü.Quliyev idmançılarla və məşqçilərlə ayrıca görüş keçirdi. Daha sonra onların problemlərini dinlədi və bildirdi ki, bu problemlər ən qısa zamanda öz həllini tapacaq. Eyni zamanda, öz tövsiyələrini çatdırdı və qarşıdakı ildə yeni-yeni uğurlar arzuladı. 

Sonda AKFA prezidenti tərəfindən Dünya çempionatında uğur qazanmış idmançılara müvafiq hədiyyələr təqdim edilib.  












Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top