Rəsul Quliyev: “Təyyarənin baqaj hissəsində 14 saat necə yaşaya biləcəyimi izah etməli idilər”

SOSİAL MEDİA 10 dek 2021, 14:08
“Azərbaycan jurnalistikasında hərdən əcaib analizlərə rast gəlirəm. Bu yaxınlarda Ləman xanıma (Ləman Ələşrəfqızını nəzərdə tutur – red) intervyu vermişdim, məndən nə vaxt gələcəyimi soruşdu. Mən ona çox ətraflı cavab verdim, təkrarlamaq istəmirəm. Bu intervyudan sonra çox əcaib "analiz"lər ortaya çıxdı”.

Demokrat.az xəbər verir ki, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, kimlərsə gəlməyini Saakaşvilinin gəlməsi ilə müqayisə edib: “Gülməlidir. Birincisi müqayisə edilirsə, ilk növbədə təyyarənin baqaj hissəsində, 50 dərəcə temperaturda 14 saat necə yaşaya biləcəyimi izah etməli idilər. Heç yerdə olmasa da, Azərbaycanda tapılar, məsələn, “Kosmonovt skafandrında gələr” yazarlar. Qəzet və ya kimsə “Prokrorluğa müraciət etmişik, cavab alan kimi yazacağıq” - sizə kim hüquq verib mənim haqqımda prokurorluğa müraciət edirsiniz. Siz bilirsiniz ki, həddini keçmək cinayətidir. Ümumiyyətlə, “Gəlib orada nə edəcəyəm?!” cavabını vermişdim. Kimlərinsə qarnına niyə ağrı düşüb, başa düşmürəm. İstənilən insan danışanda üzünü açsın və onda mən imkan tapıb bu adamın həyatı boyu yalnız cinayət işlətdiyini, arını, vicdanını beş qəpik pula satdığını, şantajla məşğul olduğunu, pulla sifariş yazılar yazdığını açıb töküm. Bu insanlar dəvə quşu kimi başını kola soxub, bədəninin 90 faizinin açıqda qaldıqlarından xəbərsizdirlər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top