Xırdalanda Bakı Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində görüş-konsert keçirildi — FOTO

SOSİAL 09 dek 2021, 19:56
Abşeron rayonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyi qeyd edilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, rayon musiqi məktəblərinin nümayəndələri, BMA-nın tələbələri və KİV nümayəndələri iştirak edib.  

Əvvəlcə BMA-nın yaranmasından bu günə qədər olan fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib. 

Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq BMA-nın yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Həmin silsilə tədbirlər çərçivəsində növbəti konsert proqramı Xırdalan şəhərində təşkil edilib. 

Sonra Abşeron RİH başçısı İradə Gülməmmədova çıxış edərk BMA-nın kollektivini və tələbələrini bu əlamətdar gün münasibəti ilə təbrik edib. 100 illik şanlı yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixindən, inkişaf yolundan danışan başçı bu müqəddəs ocağın yetişdirdiyi istedadlı musiqiçilərdən söz açıb. 

Daha sonra çıxış edən Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev BMA-nın 100 illik yubileyindən, keçirilən silsilə tədbirlərdən danışaraq öz təbriklərini ifadə ediblər. 

Sonda BMA-nın tələbələrinin və Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top