Dövlət qurumunun 19 əməkdaşı qanun pozuntusuna görə işdən çıxarıldı

SOSİAL 07 dekabr 2021, 10:40
“Bu ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması səbəbindən 19 nəfər işdən çıxarılıb”.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, Meşələrin İnkişafı Xidməti və tabeli qurumlar tərəfindən ümumilikdə 2021-ci ilin 9 ayı ərzində meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 3 457 akt tərtib edilərək, 441 215 manat məbləğində ziyan hesablanıb.

“Bundan 2 962 akt 6050 kubmetr həcmində 12 834 ədəd ağacın qanunsuz kəsilməsinə görə tərtib edilib. Meşə qanunvericiliyinin pozulması halları ilə əlaqədar 9 ay ərzində 216 478 manat məbləğində 186 iş hüquq mühafizə və məhkəmə orqanlarına göndərilib.

Həmçinin meşə qanunvericiliyinin pozulması səbəbi ilə meşə təsərrüfatı işçilərindən 1 şəxsin vəzifə maaşı azaldılıb, 91 xəbərdarlıq, 112 töhmət, 42 şiddətli töhmət verilməklə 19 meşə təsərrüfatı əməkdaşının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib”, - deyə xidmət rəisi əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top