Kolleclər qarşıdakı illərdə bağlana bilər — AÇIQLAMA

SOSİAL 12 iyul 2025, 16:48
“Kolleclərdə pedaqoji ixtisaslar demək olar ki, ləğv olunub. Yalnız iki istiqamət üzrə – fiziki tərbiyə və təsviri-incəsənət müəllimliyi qalıb. Qarşıdakı illərdə o ixtisaslar da ləğv olunacaq, yalnız ali təhsil istiqamətində, bakalavriat pilləsində tədris olunacaq”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib. Kollecləri bitirənlərin iş tapa bilməməsindən danışan ekspert deyib ki, qarşıdakı illərdə bəzi kolleclər bağlana bilər:



“Kolleclərdə təhsil alanların əmək fəaliyyətinə başlaması ilə bağlı müəyyən problemləri olur. Düşünürəm ki, ola bilər, qarşıdakı illərdə bəzi kolleclər bağlanma təhlükəsi ilə üz-üzə qalacaqlar. Yalnız ixtisaslaşmış kolleclər qalmaqla, qalanları ləğv oluna bilər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 oktyabr 2025, 15:57
19 oktyabr 2025, 14:35
19 oktyabr 2025, 13:39
19 oktyabr 2025, 12:59
19 oktyabr 2025, 12:30
Top