Xarici ölkələrdəki səfirlik işçilərinə maaşların verilməsi qaydasına dəyişiklik edildi

XARİCİ SİYASƏT 06 dek 2021, 16:57
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi qaydasına dəyişiklik edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə qaydanın 2.1-ci bəndi yeni redaksiyada verilib. Belə ki, ticarət nümayəndəsinin əməkhaqqı Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələr üzrə onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilir, Azərbaycan Respublikasının səfirlik və 5 ya konsulluğunun mövcud olmadığı ölkələr üzrə isə müvafiq ölkədə ticarət nümayəndəsi təyin olunduqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Qaydanın əvvəlki varinatı isə belə olub: "Ticarət nümayəndəsinin əməkhaqqı onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilir. Ticarət nümayəndəsinin aparatının işçilərinin əməkhaqqı bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top