7 ay əvvəl vəzifəyə təyin olunan Elbrus Allahverdiyev işdən çıxarıldı — FOTO

GÜNDƏM 06 dek 2021, 10:53
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 16 saylı Ərazi Məşğulluq filialının müdiri vəzifəsindən çıxarılıb. 

Demokrat.az xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə, Elbrus Allahverdiyev vəzifəsindən azad olunub. Filialın müvəqqəti müdiri ƏSMN-də aparıcı məsləhətçi, şöbə müdiri vəzifəsində çalışmış Xaqani Orucov təyin edilib.

Qeyd edək ki, Nəsimi rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində çalışmış E.Allahverdiyev bu ilin aprel ayında 16 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri təyin olunmuşdu.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top