Dünya beşdən böyükdür — Ərdoğanın teoremini Azərbaycan isbat etdi (VİDEO)

GÜNDƏM 30 noy 2021, 17:36
İqtisadi Əməkdaşlıq Təşkilatı qurulan zaman onun missiyası əsasən bölgə ölkələrini bir araya gətirmək, onların bir-birini daha yaxından tanımasını təmin etmək, əməkdaşlıq imkanlarını müəyyən etməkdən ibarət idi. İkinci Qarabağ savaşına aparan yolda və müharibənin gedişatında isə bu təşkilat özünü çox effektiv şəkildə sübut etdi. Azərbaycanın bu və digər təşkilatlar çərçivəsində bölgə ölkələri ilə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları qurması, həmin dövlətlərin Vətən Müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləməsi ilə nəticələndi.

Dünyada bir o qədər də söz sahibi olmayan Laos, Vyetnam, Burkino-Faso kimi ölkələr Qoşulmama Hərəkatı çərçivəsində birləşərək BMT-də Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Və burdan da belə nəticə hasil olur ki, əslində Avropanın inkişaf etmiş ölkələri tərəfindən çıxdaş edilən, xor baxılan bu dövlətlər bir araya gələndə yekun nəticə əldə etmək mümkündür. Bunun ilk örnəyini də postmodern müharibə aparan Azərbaycan göstərdi. Azərbaycan göstərdi ki, dünya beşdən böyükdür.

Hazırda üzv ölkələrin əhalisinin ümumi sayının təxminən yarım milyard nəfər olan İqtisadi Əməkdaşlıq Təşkilatı, hökumətlərarası regional təşkilatdır və yaranmasının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdir. 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İƏT olaraq yenidən qurulub. Hazırda təşkilatın 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub.

Qeyd edək ki, İƏT-in katibliyi Tehranda yerləşir. Baş katib Xusrav Noziridir.(realtv.az)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top