Ukraynanın maliyyə naziri: “Azərbaycandan kredit almaq imkanını araşdırırıq”

MÜSAHİBƏ 30 noy 2021, 17:10
Ukraynanın maliyyə naziri Sergey Marçenko “Repot”un Şərqi Avropa bürosuna müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Ali Rada sentyabrın 1-dən qüvvəyə minən "Vergi Amnistiyası haqqında" Qanun qəbul edib. Eyni zamanda, məlum olduğu kimi, əhalinin demək olar bütün kateqoriyaları öz gəlirlərini bəyan etməli olacaqlar. Vergi amnistiyası xarici vətəndaşlara, daha dəqiq desək, Ukraynada fəaliyyət göstərən azərbaycanlılara təsir edəcəkmi? Kapitalını leqallaşdırmağa ehtiyac duyacaq neçə Azərbaycan vətəndaşından söhbət gedir?

- Qanun aktivləri bəyan etmək öhdəliyi qoymur, sadəcə, belə fürsət yaradır. Yəni bu, tamamilə könüllüdür. Dövlətin verdiyi imkandan istifadə edib-etməyəcəyinə bütün vətəndaşlar özləri qərar verməlidirlər. Eyni zamanda bəyanedici qismində təkcə Ukrayna vətəndaşları çıxış etməyə də bilər. Deklarantlar həmçinin bəyannamə obyektlərinin əldə edildiyi vaxt və ya bəyannamə obyektlərinin əldə edilməsində istifadə olunan gəlirlərin hesablanması zamanı Ukraynanın rezidentləri - vergi ödəyiciləri olan digər ölkələrin vətəndaşları da ola bilərlər.

Könüllü bəyannaməyə hesablandığı anda Ukraynada vergitutmaya cəlb edilən və bəyan edilməmiş vergiləri ödənilməmiş və ya tam həcmdə ödənilməmiş gəlirlər hesabına əldə edilmiş aktivlər və 2021-ci ilin 1 yanvar tarixinədək olan istənilən vergi dövrləri müddətindəki yığımlar cəlb olunur. Azərbaycan vətəndaşlarının sayına gəlincə, yenə də bildirim ki, hər şey onların əmlaklarını bəyan etmək istəyindən asılıdır. Bu, könüllüdür. Amma biz hər kəsi bu fürsətdən istifadə etməyə çağırırıq.



- 1999-cu ildən Azərbaycan və Ukrayna arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair Konvensiya qüvvədədir. O vaxtdan 12 il keçib, onu yeniləməyə ehtiyac varmı? Bu saziş qarşılıqlı investisiyaların artmasına nə dərəcədə kömək edib?

- Ukrayna və Azərbaycan arasındakı münasibətlərdə Ukrayna Hökuməti və Azərbaycan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında 30 iyul 1999-cu il tarixli Konvensiya qüvvədədir. Bu Konvensiya ilə razılığa gələn dövlətin rezidentinin digər razılığa gələn dövlətdə əldə etdiyi gəlirlər üzrə vergitutma hüquqlarının bölüşdürülməsi tənzimlənir.

Yaxın vaxtlarda Ukrayna tərəfi Konvensiyaya dəyişikliklər etmək məqsədi ilə danışıqlar aparmağa hazırlaşmır. Bu Konvensiyada müəyyən edilmiş passiv gəlirlərin vergitutma dərəcələri və digər gəlirlərin ikiqat vergitutmanın qarşısının alınması qaydaları beynəlxalq normalara və Ukrayna tərəfindən belə sazişlərin bağlanmasının ümumi praktikasına uyğundur.

- Ukrayna beynəlxalq maliyyə təşkilatlardan xarici kreditləri fəal şəkildə cəlb edir. Belarus və Gürcüstana kredit vermək praktikasına malik olduğumuzu nəzərə alsaq, kredit almaq üçün Azərbaycana müraciət etmək imkanını nəzərdən keçirmirsiniz?

- Biz bu imkanı araşdırırıq və bu mövzuda azərbaycanlı həmkarlarımızla artıq əlaqədəyik.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top