İsveçdə “omikron” ştammına ilk yoluxma halı qeydə alındı

DÜNYA 29 noy 2021, 22:08

İsveçdə koronavirusun “omikron” ştamına ilk yoluxma halı təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Yeni ştam bir həftə əvvəl ölkənin cənubundakı Skane bölgəsində yaşayan bir şəxsdən götürülmüş nümunədə tapılıb.

İsveç hökuməti Cənubi Afrika Respublikası və altı qonşu ölkəyə səfər etmiş şəxslərə heç bir əlamət olmasa belə, testdən keçməyi tövsiyə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top