Bu il yeddi nəfər müəlliflik hüququ pozulduğu üçün agentliyə müraciət etdi

MƏDƏNİYYƏT 29 noy 2021, 13:16
Bu il ərzində pozulan müəlliflik hüquqlarının bərpası ilə bağlı Əqli Mülkiyyət Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Agentlikdən bildirilib ki, 2021-ci ildə bununla bağlı fiziki və hüquqi şəxslər tərəfindən quruma yeddi müraciət daxil olub.

Şikayətlər əsasən elmi və ədəbi əsərlər və musiqi sahəsini əhatə edir.

"Müraciətlərlə bağlı agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirlər həyata keçirilib, müvafiq araşdırmalar aparılıb, təqdim edilən sənəd və materiallar təhlil edilib, müqayisə aparılıb və zəruri hallarda digər aidiyyəti qurumlara sorğular göndərilib. Daxil olmuş müraciətlərin əksəriyyəti müsbət həll edilib", - agentlikdən qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top