Saakaşviliyə yeni diaqnoz qoyuldu

REGİON 28 noy 2021, 23:21

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicəsini izləyən həkimlər şurası ona posttravmatik stress pozğunluğu diaqnozu qoyub.

Bu barədə jurnalistlərə şuranın rəhbəri, “Empatiya” təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

“Xəstənin həbsxanada olması və zorakılıq faktları ilə əlaqədar onda posttravmatik stress pozğunluğu sindromu təsdiqlənib. Nevroloji simptomlar da müşahidə olunur. Bilirsiniz ki, söhbət həm də Vernik ensefalopatiyasından da gedir ki, bu, aclıq aksiyasının nəticəsidir”,- deyə Cişkariani bildirib.

Xatırladaq ki, hazırda Saakaşvili Qori hərbi hospitalında müaliəcə alır. /yenisabah

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top