Kliniki ölüm keçirən əməkdar artist sağaldı

ŞOU-BİZNES 27 noy 2021, 13:03
Avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə ağır vəziyyətdə gətirilən, əməliyyat zamanı bir neçə dəfə kliniki ölüm keçirən əməkdar artist Elizbar Osmanov sağalıb.
 
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumata görə, oktyabrın ayının 26-da Mərkəzə gətirilərkən kəllə-beyin travması almaqla yanaşı, ağciyəri, qaraciyəri və digər orqanları da ciddi zədə görmüş əməkdar artist təcili olaraq əməliyyata alınıb.

E.Osmanovun vəziyyəti ağır olsa da, həkimlər onun həyatını xilas edə biliblər və bu gün o tam sağalaraq, evə buraxılıb.

Xatırladaq ki, əməkdar artist Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verən qəza nəticəsində ağır xəsarətlər almışdı.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top