Ana və 2 yaşlı oğlu dəm qazından boğularaq öldü

HADİSƏ 25 noyabr 2021, 16:05
Bərdədə bir ailənin iki üzvü dəm qazından boğularaq ölüb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində baş verib.

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 13:17
18 sentyabr 2025, 12:37
18 sentyabr 2025, 12:28
18 sentyabr 2025, 11:30
18 sentyabr 2025, 11:29
Top