“Paşinyan çox danışa bilər, ancaq arxasında güc yoxdur”

GÜNDƏM 25 noy 2021, 14:37
Ermənistan Baş naziri Nikol Paşinyan Soçi görüşü öncəsi onlayn formatda keçirdiyi mətbuat konfransında bir sıra məqamlara toxunub. Baş nazir əvvəlki görüş təkliflərindən hansı səbəblərə görə imtina etdiyindən və qarşıdakı görüşlərdə nələrin müzakirə oluna biləcəyindən danışıb. Baş nazir bu dəfə ki, çıxışında Azərbaycana qarşı əsassız iddialar səsləndirib və bu dəfə radikal bəyanatlarla diqqəti çəkib. Bu isə səbəbsiz deyil. Paşinyanın son bəyanatları həm də onu göstərir ki, Ermənistanda ifrat millətçilik, türkofobiya, islamofobiya kursu davam edir.  “Soçi görüşü” öncəsi Paşinyanın yenidən aqressiv ritorikaya üstünlük verməsi sual doğurur. Ermənistan bu məsələdə kimə güvənir?

Paşinyanın məlum açıqlamaları ilə bağlı Demokrat.az-a danışan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə bildirib ki, Paşinyanı Avropa İttifaqının Şurasının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Brüsseldə keçirələcək toplantıya dəvət alması onu ruhlandırıb. 



Partiya sədrinin sözlərinə görə,  Paşinyan elə bilir ki, onu doğrudan da demokratik ölkələr sırasına salıblar: “ABŞ-ın Ermənistanı demokratik ölkələrinin toplantısına dəvət etməsi Paşinyanı ruhlandırıb. O, elə zənn edir ki, sammitə dəvət almasıyla, Ermənistan həqiqətən də “demokratik” ölkəyə çevrilib. Ancaq anlamır ki, həqiqət başqadır. Paşinyan çox danışa bilər, ancaq arxasında  güc yoxdur. O, bu saat  istəyir ki, müxalifətin meydanında oynasın. Müxalifətin meydanında isə oynamaq olmayacaq. Fikrimcə, bu addımda Rusiya Paşinyanı cəzalandırmayacaq. Çünki Rusiya çalışır ki, onu pişim-pişimlə yola versin.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top