Şəmkirdəki qəzada xəsarət alanların şəxsiyyəti məlum oldu

HADİSƏ 24 noy 2021, 22:09

Şəmkir rayonunda 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106" və "LADA Priora" markalı avtomobillərin toqquşması nəticəsində 31 yaşlı Mikayıl Əhmədov, 21 yaşlı Nicad Yusibov və 43 yaşlı Mübariz Yusibov müxtəlif xəsarətlər alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top