Cəmil Həsənli daha nələrdən imtina etməlidir? — VİDEO

GÜNDƏM 22 noy 2021, 16:18
Noyabrın 18-də Milli Şura adlı marginal qruplaşmanın sədri Cəmil Həsənli “Respublikasının əməkdar müəllimi” adından imtina etdiyini açıqladı. O, bu fəxri adı 2009-cu ildə BDU-nun 90 illiyi ilə bağlı almışdı. Özü də böyük həvəs və şövqlə! Hətta həmin vaxt Milli Məclisin deputatı mandatını daşıyan C.Həsənli bu adı aldığına görə yaxın ətrafına təm-təraqlı qonaqlıq da vermişdi.

Bu, həmin vaxta təsadüf edir ki, bundan bir neçə ay sonra – 2010-cu ildə C.Həsənli Milli Məclisdəki çıxışı zamanı Azərbaycan təhsil sahəsindəki müsbət yeniliklərdən danışacaqdı və danışdı. C.Həsənli çıxışına “Azərbaycan hökumətinin çox hörmətli nümayəndələri” xitabı ilə başlamışdı. C.Həsənlinin bu addan imtina etməklə sadəcə siyasi aritsitlik nümayiş etdirdiyini göstərmək üçün cəmi bircə sual bəs edir.

O, niyə 3 min manatlıq deputat təqaüdündən yox, məhz 250 manatlıq “Əməkdar müəllim” adından və onun təqaüdündən imtina edir? Məgər C.Həsənli ona deputat mandatının xalq tərəfindən verildiyini iddia edir ki, ondan gələn təqaüddən də imtina etmir? Axı bu adama kim deyib ki, 2005-ci ildə səni xalq seçmişdi?!

Onun Azərbaycan hakimiyyətini tərifləyən o “məşhur” çıxışından xəbərsiz olanlar üçün videonu təqdim edirik:

C.Həsənli deputat mandatı daşıdığı vaxt “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920)” yazdığı adlı kitabında qeyd edir: “1998-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamda deyilirdi...”.

Göründüyü kimi, o, öz kitabında Heydər Əliyevi Ümummilli lider kimi səciyyələndirir, ondan iqtibas gətirir. 2010-cu il parlament seçkilərindən sonra mandatsız qalan C.Həsənlinin indi Azrbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında mənfi fikirlər söyləməsində necə məntiq tutmaq olar?! Axı bu kitabı yazarkən də siz professor və az yaşınız yox idi, 50-ni atlamışdınız. Kitablarınızı bir tərəf qoyun, heç olmasa vətəndaş kimi mövqeyinizdə sabit, milli və vahid olun! Bir deputat mandatı əqidənizdə elastiklik yaradıbsa, bu sizin şxəsiyyətinizi çoxdan böyük sual altına salıb. Deyilmi?!

Hər kəsin yadındadır, 2005-ci ildə AXCP-nin namizədi kimi deputat mandatı “qazanan” C.Həsənli deputat nişanı üçün partiyadan imtina etdi, illərdir təmsil etdiyi partiyanın ünvanına təhqirlər yağdırdı. Belə bir adamın deputat mandatından məhrum olandan sonra Azərbyacan hakimiyyətini söyməsi təəccüblü ola bilməz. Adam mandat sevdalısıdır. Amma baxın, bu gün yenidən köhnə cəbhənin “yeni” siması kimi cəmiyyətə sırımağa çalışırlar. 

Kaş elə həmişə auditoriyada dərs deyərdiniz, kitab yazardınız, sizin üçün siyasətdə normal başla addımlamaq iynə ilə qəbir qzmaq qədər çətin imiş. Amma sonda özünüzə elə bir qəbir qazdınız ki... "Vəfatınız" mübarək!(azsiyaset.com)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top