ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yaydı

SOSİAL 20 noyabr 2021, 15:52
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.

Bu barədə Demokrat.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, 19 noyabr 2021-ci il tarixində V.Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

Hadisədən dərhal sonra o, helikopter vasitəsilə Bakı şəhərinə çatdırılıb və hospitala yerləşdirilib.

V.Babayev 2014-cü ildən ANAMA-da işləyir və fəaliyyəti zamanı hadisələr qeydə alınmayıb.

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının mütəmadi olaraq biliklərinin təkmilləşməsi, hazırlıq səviyyəsinin vaxtaşırı artırılması və yeni partlayıcı qurğular haqqında məlumatlı olması, gördükləri işin təhlükəsiz həyata keçirilməsinə xidmət edir", - məlumatda qeyd edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top