Növbəti dövrdə qazlaşdırılacaq yaşayış massivlərinin sayı açıqlandı

SOSİAL 19 noy 2021, 17:49
“Ümumilikdə 900-ə yaxın yaşayış massivində qazlaşdırma işləri aparılmayıb”. 

Demokrat.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

Ruslan Əliyev bildirib ki, bunun 400-ü qazlaşdırılma cəhətdən ərazisi buna imkan verməyən yerlərdir, 500-ə yaxın yaşayış massivində isə qazlaşdırılma prosesi aparılacaq:

“Növbəti dövrdə 52 kənd, 18 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur. Eyni zamanda bəzi küçə xətlərinin çəkilməsi, daxili imkanlar hesabına digər kiçik yaşayış massivlərinin, ümumi bu kimi 110-a yaxın ərazinin qazlaşdırılması planlaşdırılır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top