“Biz Rusiyanın türkmənşəli subyektlərinin Türk Dövlətləri Təşkilatında birbaşa iştirakının əleyhinəyik”

GÜNDƏM 18 noy 2021, 14:04
Amma Rusiya Federasiyası bir dövlət kimi hər hansı bir şəkildə Türk Dövlətləri Təşkilatında iştirak edə bilər.

Bu haqda tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar institunun direktoru Sergey Markov Visiontv.az saytına verdiyi ekskluziv açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu təşkilatda iştirakı vaxt söhbətidir: “Rusiya İslam Əməkadaşlıq Təşkilatının işində də iştirak edir. Bildiyiniz kimi, bizim böyük müsəlman əhalimiz var, təxminən ümumi əhalinin 10%-i. Rəqəmlərlə götürsək bu Azərbaycan əhalisinin sayından və digər sırf müsəlman ölkələrindən daha çoxdu.

Rusiya müsəlmanlarının əksəriyyəti türk mənşəlidir. Buna görə Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakı normal hadisədir, bu haqda danışıqlar gedir və gec-tez bu reallaşacaq”.

S.Markov Rusiyanın tərkibində olan türkmənşəli subyektlərin Türk Dövlətləri Təşkilatında iştirak etməsini düzgün hesab etmir. Onun fikrincə, bu yalnız toplam halında, yəni vahid dövlətin tərkibində mümkündür: “Biz Rusiya Federasiyasının tərkib hissələrinin (Tatarsatan, Başqırdastan və s.) Türk Dövlətləri Təşkilatında birbaşa iştirakının əleyhinəyik. Çünki biz milliyətçi əhval-ruhiyyənin baş qaldırmasından ehtiyatlanırıq. 90-cı illərdə biz bunu gördük, bundan təngə gəldik və yetər dedik”.

“Altay klubunun” (türkdilli millətlərin politoloqlarının forumu) yaradılmasına münasibət bildirən politoloq bunu müsbət təşəbbüs hesab edib və bu istiqamətdə müəyyən addımların atılmasının dəstəkləyib: “Altay klubunun formalaşdırılması yaxşı ideyadır. Bu region türk millətlərin kök məkanı sayılır və burada müəyyən sakral məna da var. Düşünürəm ki, Altayda mədəni-tarixi abidələrin müəyyən edilməsi, restavrasiyası, bunun əsasında türk toplumlarının bölgəyə səyahəti Rusiya üçün maraq kəsb edə bilər. Bununla sadəcə məşğul olmaq lazımdı”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top