Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

GÜNDƏM 17 noy 2021, 22:57

Türkiyə Milli Müdafiə Nazirliyi 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bununla bağlı Nazirlik öz "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "33 il əvvəl milli diriliş üçün səslənən, bu gün də o inamla işğal altında olan torpaqlarını xilas edən Can Azərbaycanın "Milli Diriliş Günü" mübarək olsun. Türkiyə və Azərbaycan "Bir Millət, İki Dövlət" anlayışı ilə bir və birlikdə olmağa davam edəcək!"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top