“Ordumuzun qəhrəman oğulları ermənilərə hər şeyi başa salmağa qadirdir” — AÇIQLAMA

HƏRBİ 17 noy 2021, 16:47
“44 günlük Vətən müharibəsindən sonra ağır məğlubiyyətə uğramış Ermənistanın bu təxribatları sağlam məntiqə sığan fəaliyyətlər deyil. Bu barədə Ermənistan rəhbərliyi həm siyasi, həm də hərbi rəhbərliyimiz tərəfindən kifayət qədər ciddi xəbərdarlıqlar almışdı. Ancaq görünür ki, onlar nə Tovuz hadisələrindən, nə Vətən müharibəsindən, nə də ondan sonra baş verən proseslərdən hələ də doğru-dürüst nəticə çıxarmayıblar. Əgər onlara söz ilə nəyisə başa salmaq mümkün deyilsə, o zaman Azərbaycan ordusunun qəhrəman oğulları onlara "dəmir yumruq" vasitəsilə ən qısa müddətdə hər şeyi başa salmağa qadirdir”.
  
Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.  

Ekspert qeyd edib ki, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan ilə Ermənistan ordularının güc nisbəti müqayisə ediləcək səviyyədə deyil: 

“Azərbaycan Ordusu son yüz ildə ilk dəfə olaraq qalib ordu kimi kifayət qədər yüksək döyüş və mənəvi psixoloji üstünlüyə malikdir. Eyni məsələləri isə Ermənistanla bağlı tam əks istiqamətdə söyləmək mümkündür. Yəni, Ermənistan hazırda ən rəzil, alçaldılmış, döyülmüş və əzilmiş orduya malikdir. Ermənistan ordusu müharibə zamanı toplam 27 min fərrarilərlə birlikdə itkiyə məruz qalmaqla özünün şəxsiyyət potensialının 60 faizini, silah və texnikalarının bəzi növlərində 30 faizini, bəzi növlərində isə 80 faizə qədərini itirib. Son baş verən təxribatlar da göstərdi ki, Ermənistan ordusu Azərbaycan ilə müqayisə aparılmayacaq səviyyədə zəifləyib. Belə bir zəif imkana malik olduğu halda Ermənistan ordusunun təxribatlara yol verməsi isə məsələnin kökündə hərbi məqsədlərdən başqa, siyasi avantüranın da dayandığını nümayiş etdirir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top