Səməd Qurbanov: “Rusiyanın biznes dairəsi Azərbaycandakı layihələrə diqqət yetirməlidir”

BİZNES 17 noy 2021, 13:03
“Rusiyanın biznes nümayəndələri Azərbaycanın təklif etdiyi layihələrə diqqət yetirməlidir. Bura həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr də daxildir”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

O, Rusiya şirkətlərinin Bakıya ilk missiyası zamanı bir sıra yeni qərarlar qəbul edilib və layihələr razılaşdırılıb. Məsələn, bu razılaşmalar əsasında “Azərbaycan Dəmir Yolları” QSC 100 vaqon alıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top