Bakıda qaz xəttinə qanunsuz müdaxilə faktları aşkarlandı — VİDEO

SOSİAL 16 noy 2021, 21:31

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən qaz xəttinə qanunsuz bir neçə müdaxilə faktı aşkar ediblər.

Bu barədə  qurumdan məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində vətəndaş qaz xəttinə sayğacdan kənar müdaxilə edib: “Birlik istər mətbuatla, istərsə də sosial şəbəkələr vasitəsilə abonentləri dəfələrlə qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırsa da, bir çox vətəndaşlar hələ də buna əməl etmirlər.

“Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində orta təzyiqli qaz xəttinə baxış keçirilərkən daha bir müdaxilə halı aşkar edilib. “Azəriqaz” İB bir daha abonentləri qaz qurğuları və avadanlıqlarına qanunsuz müdaxilə hallarından çəkinməyə çağırır. Hansısa qanunsuz müdaxilə təhlükəsizlik baxımından bədbəxt hadisə ilə nəticələnə bilər”.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top