"Universitetlərimizin inkişafı üçün bir neçə ali məktəb müəssisəsi seçilməlidir. Onların inkişafı naminə dövlət büdcəsindən əlavə vəsait ayrılmalıdır".
Bunu deputat Musa Qasımlı Milli Məclisin "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcəyə daxil olan digər məsələlərə həsr olunmuş plenar iclasında deyib.
Deputat həmçinin təklif edib ki, ali təhsil müəssisələrində keçirilən din dərslərinin sayı artırılsın:
"Ölkəmizdə din xadimlərinin hazırlanması istiqamətində işlər görülməlidir. Bu mənada təklif edirəm ki, universitetlərdə din dərsləri keçirilsin". /bizim.media