Əflatun Amaşovdan ÇAĞIRIŞ

MEDİA 16 noy 2021, 18:15
“Azərbaycan-Ermənistan sərhəddində baş vermiş silahlı toqquşmalarla əlaqədar bəzi kütləvi informasiya vasitələrində, xüsusən də internet media orqanlarında həqiqətə uyğun gəlməyən, rəsmi şəkildə təsdiqlənməyən məlumatlar yayılmaqdadır. 

Müəyyən internet xəbər resursları hətta ayrı-ayrı sosial şəbəkə profilləri tərəfindən dövriyyəyə buraxılmış yanlış, əsassız bilgiləri informasiya olaraq təqdim edir və yayırlar. Təəssüf ki, belə xoşagəlməz, peşəkar jurnalistika prinsiplərinə zidd hallar ilk dəfə deyil təkrarlanır. Buna görə də Azərbaycan Mətbuat Şurası olaraq jurnalistlərdən, media quruluşlarından həssas davranmağı, ancaq rəsmi yaxud rəsmi şəkildə təsdiqini tapmış informaları yaymağı, onlara, başlıcası isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinad etməyi xahiş edirik. Bu, yalnız xahiş deyil, həm qanunlarımızın, həm də hazırkı həssas durumun mənəvi tələbi, vətəndaşlıq anlayışıdır”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

“Unutmamalıyıq ki, səbr, təmkin, hadisə və proseslərə soyuq münasibət, müxtəlif bilgilərin təhlili eyni zamanda cəmiyyətin baş vermiş olayla əlaqədar düzgün yönləndirilməsi, ümumi ab-havanın qorunması baxımından son dərəcə vacibdir. Ən əsası bu keyfiyyətlər informasiya savaşındakı uğuru təmin edəcək vacib komponentdir. İkinci Qarabağ Müharibəsində medianın iştirakı təcrübəsi göstərdi ki, qələbənin ideoloji müstəvidə də qazanılmasındakı müstəsna faktor jurnalistikanın peşə dəyərlərinə sədaqətidir. İşimizə sadaqətlə yanaşaq ki, faydalı olaq, ziyanımız yox, xeyrimiz dəysin. Allah Azərbaycan əsgərini qorusun!” – Ə.Amaşov qeyd edib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top