Azərbaycan Ordusunun daha bir bölüyü təlim üçün Türkiyəyə göndərildi — VİDEO

HƏRBİ 15 noy 2021, 16:18
Azərbaycan Ordusunun daha bir bölüyü kurs və təlim keçmək üçün Türkiyəyə göndərilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin istehkam qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirdiyi təlimə qatılıblar.

Təlim Türkiyə ordusunun ikinci mühəndislik korpusu və on səkkizinci mexanikləşdirilmiş piyada briqadası tərəfindən keçirilib.

Təlimlər Çanaqqala əyalətinin Kavakköy və Gelibolu rayonlarında icra edilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top