Sabirabadda özünü yandıran şəxs xəstəxanada öldü

HADİSƏ 14 noy 2021, 19:45
Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb.

Noyabrın 13-də Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu üzərinə benzin tökərək özünü yandırıb. 5 saylı Bakı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 48 yaşlı kənd sakini həkimlərin səyinə baxmayaraq aldığı ağır yanıq xəsarətlərindən orada keçinib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top