İtkin düşən ana və 5 yaşlı oğlu tapıldı

SOSİAL 14 noy 2021, 17:35
Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapılıb.

Bu barədə  itkin düşən 1993-cü il təvəllüdlü Tacirə Aslanovanın atası Şahin Aslanov məlumat verib.

Ata qeyd edib ki, qızı Bakı şəhərindən tapılıb və Tovuz Rayon polis şöbəsinin əməkdaşları tərəfindən onlara təhvil verilib.

Hazırda onların səhhətində hər hansı bir problem yoxdur.

Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək, rayonun Aşağı Quşçu kənd sakini 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı – 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top